Xəbər lenti

Türkiyədə ən böyük limanı Azərbaycan tikəcək
Ekonomiks08:11 04.11.2013

Türkiyədə ən böyük limanı Azərbaycan tikəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Türkiyədə ən böyük limanın inşasına başlayırıq”. ANS PRESS-in verdiyi məlumata görə, bunu jurnalistlərə müsahibəsində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, artıq limanın bütün layihə məsələləri həll olunub:

“Artıq tender keçirilib və təşkilatlar seçilib. Türkiyənin baş naziri Ərdoğan da təməlqoyma mərasimində iştirak etmək niyyətindədir. Bundan sonra biz bir il və ya il yarım müddətinə tikintini başa çatdırıb Türkiyənin ən böyük və ən dərin limanının inşasını başa çatdıracağıq. Bu da "Petkim"ə əlavə gəlirlər əldə etmək üçün böyük imkanlar yaradacaq.”

Rövnəq Abdullayev həmçinin bildirib ki, Türkiyədə neft emalı zavodunun inşasına da başlanlıb:

“Bu Türkiyədə olan bir nöqtədə olan ən böyük investisya layihələrindən biridir. Artıq tikinti prosesinə başlanılıb”


Qaynar.info