
"Putin Bakıda İlham Əliyevlə görüşdən bir gün sonra Sankt-Peterburqda Ərdoğanla görüşəcək. Ümumi mövzular zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanla sərhədin açılması ətrafında fikir mübadiləsinin aparılması mümkündür"
"Qaynarinfo.Az" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Elxan Şahinoğlu sözlərinə görə, Türkiyədə hərbi çevriliş cəhdi Ankaranın iki addım atmasını sürətləndirəcək.
Birincisi:"Ankara-Moskva yaxınlaşması gözlənildiyindən də sürətlə gedəcək. Hazırda Türkiyədən rəsmi nümayəndə heyəti Moskvada görüşlər keçirir. Hər iki ölkə “türk axını” layihəsinə yenidən qayıdır, vizasız səfərlər də gündəmdədir. Kreml Ankara-Vaşinqton münasibətlərinin soyumasından məharətlə istifadə edəcək. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarını avqustun 9-da Rusiyaya dəvət edib. Ən maraqlısı odur ki, Putin Bakıda İlham Əliyevlə görüşdən bir gün sonra Sankt-Peterburqda Ərdoğanla görüşəcək. Ümumi mövzular zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanla sərhədin açılması ətrafında fikir mübadiləsinin aparılması mümkündür".
İkncisi:"Ərdoğanın yaxın aylarda Türkiyədə “Avropa İttifaqına üzv olaq, olmayaq?” sualı ətrafında referendum keçirəcəyi istisna deyil. Çünki, Türkiyədə həbslərin miqyası artdıca, Brüsselin Ankaranı tənqidləri artacaq, bu isə Ərdoğanın xoşuna gəlməyəcək".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az