Türkiyədə 73.5% faiz artımla illik inflyasiya son iki onillikdə qeydə alınmış ən yüksək göstəricidir.
Qaynarinfo bu barədə Türkiyə statistika mərkəzinin yayımladığı məlumata əsasən xəbər verir.
Türkiyənin statistika Mərkəzi cümə günü iyunun üçündə bildirib ki, may ayında ölkədə inflyasiya əvvəlki aya nisbətən 2,98 faiz artaraq 39,33 faizə, illik hesablamada isə inflyasiya keçən ilə nisbətən 73,5 faiz təşkil edib.
Məlumata görə, bu ay geyim inflyasiyası 29,80% , səhiyyə inflyasiyası 37,7%, nəqliyyat inflyasiyası 107,6%, ərzaq və alkoqolsuz içkilər inflyasiyası 91,6%, məişət texnikası inflyasiyası isə 82% təşkil edir.
Qeyd edildiyi kimi, bu, son iki onillkidə Türkiyədə inflyasiyanın ən yüksək səviyyəsidir.
Əlavə edək ki, buğda və bitki yağı kimi bəzi ərzaq məhsullarının qiymətləri də Türkiyədə Rusiya-Ukrayna müharibəsi səbəbindən bir neçə dəfə artıb və bunun nəticəsində çörəyin qiyməti 1,5-2 lirdən 4-5 lirəyə qədər artıb.
M.Arif