Xəbər lenti

Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlandı (RƏSMİ)
Ölkə11:59 08.05.2020

Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlandı (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Türkiyədə yaşayan 11 azərbaycanlı koronavirusuna yoluxub". 
Qaynarinfo Report-a istinadən xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib. 
Onun sözlərinə görə, koronavirusa yoluxan həmvətənlərimizdən 6-sı sağalaraq xəstəxanadan evə buraxılıb: "Hazırda digər 5 nəfərin müalicəsi hələ də davam edir. Onların vəziyyəti sabitdir". 
X.İbrahim səfirlik işçilərinin mütəmadi olaraq onlarla əlaqə saxladığını və bütün lazımı dəstəyi verdiyini deyib.