XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Türkiyədə mədən çökdü - Ölən və yaralananlar var
Dünya22:19 21.08.2026

Türkiyədə mədən çökdü - Ölən və yaralananlar var

Türkiyənin Ankara vilayətində yerləşən mədənlərdən birində ağır bədbəxt hadisə baş verib.

Qaynarinfo xəbər verir ki, mədəndə qəfil baş verən uçqun nəticəsində 9 fəhlə torpaq qatı altında qalıb. Hadisə yerinə dərhal çoxlu sayda xilasetmə və təcili tibbi yardım briqadaları cəlb olunub.

Aparılan təxirəsalınmaz xilasetmə əməliyyatları nəticəsində 8 nəfər xəsarətlə torpaq altından çıxarılaraq xəstəxanalara çatdırılıb. Təəssüf ki, fəhlələrdən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb, faciənin başvermə səbəbləri öyrənilir.