Dünya 22:48 07.02.2023

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb (YENİLƏNİB)

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.
 
22.45

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 4 544-ə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 26 721 nəfər yaralanıb.

21.20
 
Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı artıb.

Qaynarinfo xəbər verir ki, son məlumata görə, 3 703 nəfər həyatını itirib, 22 286 nəfər xəsarət alıb.
 
20.05
 
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
 
Təbii fəlakət nəticəsində 22 168 nəfər yaralanıb.
 
 12:42

Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı sayı artıb.

Qaynarinfo xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, son məlumata görə, 3419 nəfər həyatını itirib, 20 534 nəfər xəsarət alıb.

10.47
 
Türkiyədə zəlzələdə ölən və yaralananların sayı artıb.

Qaynarinfo xəbər verir ki, bu barədə AFAD-ın nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 3 381 nəfər həyatını itirib. Son məlumata görə, 20436 yaralı var. Zəlzələ nəticəsində 5775 bina dağılıb, 11302 bina ciddi zədələnib.

Qeyd edək ki, Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Bundan sonra daha bir neçə güclü təkan qeydə alınıb. Təbii fəlakət  Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.