Xəbər lenti

Türkiyədəki ermənilərin patriarxı 1915-ci il hadisələrini siyasətə alət edənləri qınadı (VİDEO)
Siyasət14:47 24.04.2021

Türkiyədəki ermənilərin patriarxı 1915-ci il hadisələrini siyasətə alət edənləri qınadı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədəki ermənilərin 85-ci patriarxı Sahak Maşalyan 1915-ci il hadisələrini siyasətə alət edənləri qınayıb.
"Haber Global” məlumat verir ki, o, yaşanan hadisələrin siyasi məqsədlər üçün sui-istifadə edildiyini bildirib.
Maşalyan qeyd edib ki, on illərdir bu mövzunun parlamentlərin gündəminə daşınmasının yaratdığı gərginliklər bu iki xalqı bir-birinə yaxınlaşmasına xidmət etmir. Əksinə, barışığın gecikməsinə şərait yaradır.
"İnanırıq ki, Tanrının iradəsi ilə türk və erməni münasibətlərində qardaşlıq və sevgi ortamını daha güclü şəkildə salamlayacağıq”, - deyə o vurğulayıb.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/D-wGwhZTWq0" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">