Xəbər lenti

Türkiyədən Azərbaycanın xeyrinə olan Rusiya və İsrail həmləsi
Siyasət19:05 27.06.2016

Türkiyədən Azərbaycanın xeyrinə olan Rusiya və İsrail həmləsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rəsmi Ankaranın Rusiya və İsrail qərarı rəsmi Bakını mürəkkəb seçimdən qurtarır.
Türkiyə-Rusiya və Türkiyə-İsrail münasibətlərinin yaxşılaşdırılması Azərbaycan üçün əhəmiyyət daşıyır.
ANS PRESS-in məlumatına görə, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Ankaranın öldürülən pilotun ailəsinə təzminat ödəməsi də mümkündür.
Politoloq hesab edir ki, Rusiyanın Türkiyəyə qarşı naz etməsi Kreml üçün ziyanlı ola bilər. Siyasətçi qeyd edib ki, Türkiyə-Rusiya və Türkiyə-İsrail münasibətlərinin yaxşılaşdırlması Azərbaycana da xeyirdir.
“Top yenə Rusiyanın meydanındadır. Kremlin özünü daha çox naza qoyması özünə ziyanlıdır. Rusiyanın ABŞ və Avropa İttifaqı ilə münasibətlərinin soyuq olduğu günlərdə yenidən Türkiyəni strateji tərəfdaş kimi qazanmaq şansı yaranıb. Türkiyə-İsrail və Türkiyə-Rusiya münasibətlərinin normallaşması Azərbaycanın da xeyrinədir. Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail strateji tərəfdaşı, Rusiya isə tərəfdaşıdır. Hər 3 ölkə arasındakı münasibətlərin normal olması rəsmi Bakını mürəkkəb seçimdən qurtarır”.
Qaynarinfo.az