Xəbər lenti

İdman 13:13 06.11.2023

Türkiyəli idmançı millimizdə çıxış edəcək - RƏSMİ

Türkiyə əsilli cüdoçu Acelya Toprak bundan sonra Azərbaycan bayrağı altında çıxış edəcək.
 
Qaynarinfo-nun məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyası (ACF) məlumat yayıb. Qurumun məlumatına görə, Beynəlxalq Cüdo Federasiyası Acelya Toprakın 3 noyabr 2023 ildən etibarən Azərbaycan bayrağı altında çıxış etməsinə rəsmi razılıq verib. O, qadınlardan ibarət milli yığmanın tərkibində -57 kq. çəki dərəcəsində mübarizə aparacaq.

Hazırda dünya reytinqində 27-ci yerdə gedən idmançı 2022-ci ildə keçirilən Pert Açıq Okeaniya turnirinin gümüş medalçısıdır və 2017-ci ildə gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb.
 
"Dünyanın ən uğurlu cüdo komandalarından biri hesab olunan Azərbaycan cüdo millisinə qoşulduğum üçün həyəcanlı və sevincliyəm. Mən şadam ki, uğurlu transferdən sonra 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarına  namizədliyimi Azərbaycan milli yığmasının tərkibində davam etdirə biləcəyəm.
Həyatım  olimpiya səyahətinə həsr olunub və inanıram ki, bu inanılmaz dəstəkləyici mühitdə böyük nailiyyətlər əldə edə biləcəyəm. Buradakı qonaqpərvərlik çox yaxşıdır və mən Azərbaycanın qüruru üçün mübarizə aparacağam.

Azərbaycanı Paris Oyunlarında həm fərdi, həm də komanda yarışlarında təmsil etməyi səbirsizliklə gözləyirəm. Həmçinin, Azərbaycan cüdosunun qadın siması kimi fəaliyyət göstərməkdən və ACF-in məqsədinə çatmasına kömək etməkdən məmnunam. Son olaraq, Bakıda məni səmimi qarşıladıqları üçün ACF-in rəhbərliyinə, məşqçilərə, idmançılara və federasiyanın heyətinə təşəkkür edirəm" - deyə Toprak bildirib.

Federasiya açqılamasında, idmançının transferində əsas məqsədin komandadaxili rəqabəti artırmaqla yanaşı, güclü məşq partnyoru hesabına perspektivli gənc və yeniyetmə idmançıların inkişafına dəstək olduğunu açıqlayıb və ona uğurlar arzu edib.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->