Xəbər lenti

Türkiyənin eTicarət nəhəngləri Bakıda
Ekonomiks09:36 22.05.2014

Türkiyənin eTicarət nəhəngləri Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
7 iyun Türkiyənin aparıcı elektron ticarət saytlarının təmsilçiləri Bakıda təşkil olunmuş bir günlük master class-da çıxış edəcəklər.

Qaynar.info-nun verdiyi xəbərə görə, Central Business School (CBS) nəzdində keçiriləcək “eTicarət master class”, Digitera şirkəti tərəfindən təşkil olunub.

Tədbir, ölkəmizdə elektron ticarət sahəsinə yaranan maraq və eTicarətin Azərbaycan bazarı üçün önəmli bir sahə olmasını nəzərə alaraq, keçirilir.

Sahibinden.com, Markafoni.com, Doğan Online, Evmanya.com, Akakce.com, KobiMaster  kimi iri ticarət platformalarının mütəxəssisləri, ölkəmizdə bu sahədə çalışan və karyera qurmaq istəyənlərlə təcrübə və biliklərini bölüşəcəklər.

Tədbirdə Azərbaycandan Rəşad Camal (shopera.az) və Elşad Yusifli (“Retargeting” by spot.az) çıxış edəcəklər.
eTicarət sahəsi üzrə real və zəngin təcrübələri birinci şəxslərdən dinləmək və geniş biznes networking qazanmaq istəyən hər kəs “eTicarət Master Class”-da iştirak edə bilər.

Tədbirin mövzuları:

eTicarətə ümumi baxış
eTicarətdə iş modelləri
eTicarətdə brend mövqeləndirilməsi
eTicarətdə loqistika və əməliyyat idarəetməsi
eTicarətdə iş planının qurulması
eTicarətdə müştəri təcrübəsi yaratmaq
“eTicarət Master Class” tədbirinin sponsorları shopera.az, Msntour, Qutechnopark, media dəstək isə Apa Holdingə məxsusdur.

Tədbirdə iştirak etmək üçün biletləri shopera.az saytından sifariş edə və ya 0502820014, 0125112695 nömrələrlə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Qaynar.info