Xəbər lenti

Türkiyənin ilk kosmonavtlarının adları açıqlandı: Biri Azərbaycan əsillidir
Siyasət10:43 29.04.2023

Türkiyənin ilk kosmonavtlarının adları açıqlandı: Biri Azərbaycan əsillidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "Teknofest-2023" aerokosmik və texnologiya festivalında Türkiyənin ilk kosmonavtlarının adlarını açıqlayıb, onlardan biri Azərbaycan əsillidir.
Qaynarinfo "TRT Haber”ə istinadən xəbər verir ki, o, türkiyəli səyahətçilərin kosmosa uçuşunun 2023-cü ilin son rübünə planlaşdırıldığını söyləyib.
Ərdoğan bildirib ki, kosmosa səyahət edəcək şəxslərlə tanış olmağın vaxtıdır: "Alper Gezeravcı Hərbi Hava Qüvvələrində böyük uğurlar qazanmış qəhrəman türk pilotudur. O, Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq. Əvəzedici adı Tuva Cihangir Ataseverdir”.
Xatırladaq ki, Tuva Cihangir Atasever Azərbaycan əsillidir.