Siyasət 19:55 14.06.2022

Türkmənistan Azərbaycandan qaz mübadiləsinin artırılmasını xahiş etdi

"Türkmənistan Nazirlər Kabineti sədrinin neft və qaz məsələləri üzrə müavini ilə görüşdə qarşı tərəf bizdən Azərbaycana və digər qonşu ölkələrə qaz mübadiləsini artırmağı xahiş etdi və biz hazır olduğumuzu bildirdik”.

Qaynarinfo İranın QHATRE saytına istinadən xəbər verir ki, bu sözləri İranın neft naziri Cavad Oci deyib:

Məlumta görə, Cavad Oci çərşənbə axşamı (24 iyun) Şahin Əbdül Rəhmanov ilə görüşdən sonra jurnalistlərə bildirib ki, 13-cü hökumət son 10 ildə enerji diplomatiyası sahəsində yaxşı nailiyyətlər əldə edib.

 Oci əlavə edib ki, bu hökumətin ilk aylarında Türkmənistandan İran vasitəsilə Azərbaycan Respublikasına qaz mübadiləsi sazişi imzalanıb və hazırda ildə 1,5-2 milyard kubmetr qaz mübadiləsi aparılır.

O, həmçinin enerji diplomatiyasının gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasına son səfərinə toxunaraq deyib: "Bu səfər zamanı Azərbaycan tərəfi də bizdən Türkmənistandan qaz mübadiləsini ikiqat artırmağı istəyini ortaya qoydu və bu da, İran tərəfindən müsbət qarşılandı.

M.Arif