Xəbər lenti

Türkmənistan sahillərində tapılmış meyit Azərbaycana gətirildi
Ölkə13:25 22.04.2016

Türkmənistan sahillərində tapılmış meyit Azərbaycana gətirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkmənistan sektorunda tapılmış meyit Vətənə gətirilib.

FHN-in mətbuat xidmətindən apa-ya verilən məlumata görə, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış və ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən birinin olduğu ehtimal edilən meyitin tanınması və Vətənə gətirilməsi üçün aprelin 22-də Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.

Təyyarə aprelin 22-də geri dönüb və meyit aidiyyəti üzrə təhvil verilib.​

Qaynarinfo.az