Xəbər lenti

Tutulmasaydım, yenə də gələrdim - Dilqəm Əsgərov
Ölkə09:34 20.11.2014

Tutulmasaydım, yenə də gələrdim - Dilqəm Əsgərov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərovun növbəti məhkəmə prosesi keçirilib.

Qaynar.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Anatoli Tadevosyan girovlarımıza məxsus videonu təqdim edib. Video görüntüdə Əsgərovun şərhlərinin də yer aldığı qeyd edilib. Həmin videoda azərbaycanlılar tərəfindən öldürüldüyü iddia edilən erməni yeniyetmənin də görüntüləri yer alıb. Girov Əsgərov bildirib ki, onlar erməni yeniyetmə ilə yolda rastlaşıblar və  o nə Azərbaycan, nə də rus dilində danışa bilib. Girov onu da əlavə edib ki, oğlan onları könüllü olaraq müşayiət edib. 

D.Əsgərov bildirib ki, doğmalarının məzarını ziyarət etməyə gəliblər və saxlanılmasaydılar yenə də gələrdilər. Erməni mətbuatı yazır ki, Şahbaz Quliyev isə məzarı ziyarətə gəldiklərini təkzib edib və digər girovumuz onu yalan danışmaqda ittiham edib.

Qaynar.info