Xəbər lenti

Ucar və Zərdabın qazı kəsildi
Ölkə11:08 09.01.2014

Ucar və Zərdabın qazı kəsildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ucar rayonunun bir hissəsinə və Zərdab rayonuna təbii qazın verilişində fasilə yaranıb

 
Ucar rayon Qaz İstismar sahəsinin baş mühəndisi Vüqar Zamanovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, dünən axşam saatlarında Ucar-Zərdab əsas magistral qaz xəttinin 9,1-ci kilometrliyində Ucar rayonunun Qarabörk və Qazyan kəndlərinin sərhədində sızma baş verib.
 
Sızma ilə əlaqədar Ucar rayonunun Lək və Qazyan kəndləri, eləcə də Zərdab rayonunun təbii qazla təmin olunan bütün yaşayış məntəqələrinə təbii qazın verilişi dayandırılıb. Bu gün səhər saatlarından etibarən əraziyə təmir briqadaları göndərilib və axşam saat 16:00-a kimi təmir işlərinin başa çatacağı planlaşdırılır.


Qaynar.info