"Bütövlükdə uçot dərəcəsi istehak bazarındakı tarazlığa təsir göstərmir. Onun əsas məqsədi milli valyutada yığımlara marağı artırmaqdan ibarətdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputatın sözlərinə görə, burada məqsəd manatla yığımlara marağı artırmaqdır.
"2020-ci ilin iyul ayından etibarən uçot dərəcəsinin azalması müşahidə olunurdu. Belə ki, uçot dərəcəsi 2020-ci ilin iyulun 19-da 7% oldu. Daha sonra biz mərhələli şəkildə uçot dərəcəsinin azaldılmasını müşahidə etdik və artıq uçot dərəcəsinin artırılması prosesi gedir. Uçot dərəcəsi əslində birbaşa deyil, dolayı yolla depozit faizlərinə təsir göstərir”.
Vüqar Bayramov bildirib ki, uçot dərəcəsi artırılan zaman praktik olaraq milli valyutada yığımlara və eləcə də milli valyutada divident ödənişlərinin həcminə təsir göstərir:
"Ona görə gözlənilir ki, uçot dərəcəsindəki artımlar bütövlükdə divident fazilərinin artırılması və manatla olan depozitlərinə daha çox dividentin verilməsinə gətirib çıxarda bilər”.
Bahar Rüstəmli