Xəbər lenti

Üç İran kateri iki ABŞ gəmisinə "qeyri-adi sürətlə” yaxınlaşdı
Siyasət07:16 21.06.2022

Üç İran kateri iki ABŞ gəmisinə "qeyri-adi sürətlə” yaxınlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bazar ertəsi İslam İnqilabı Keşikçiləri Korpusunun üç hərbi qayığı yüksək sürətlə və təhlükəli şəkildə Fars körfəzində iki Amerika hərbi gəmisinə yaxınlaşıb.
Qaynarinfo bu brədə "Washington Post" qəzetinə istinadən xəbər verir.
Bu, Fars körfəzində İran İnqilabı Keşikçiləri Korpusunun katerləri ilə ABŞ gəmiləri arasında baş verən son toqquşmadır. Keçən il İran İnqilabı Keşikçiləri Korpusunun üç sürətli qayığı Fars körfəzində iki Amerika gəmisinin ətrafında təhlükəli manevr edərək onlara yaxınlaşmışdı. 2020-ci ildə isə Birləşmiş Ştatlar SEPAH gəmilərinin ABŞ gəmilərinə təhlükəli və qeyri-peşəkar yanaşması ilə bağlı 11 hadisə barədə məlumat verib. Birləşmiş Ştatlar həmçinin İranın dronları və təyyarələrini beynəlxalq sularda gəmiləri ətrafında təhlükəli manevr etməkdə ittiham edib.
ABŞ hərbi rəsmisi Cozef Buçino Washington Post-a bildirib ki, qayıqlar yalnız ABŞ hərbi gəmilərin tərəfindən həyəcan siqnalı verəndən sonra  istiqaməti dəyişib.
Məlumata görə, qayıqlar "Çakta" gəmisinə 45 metr yaxınlaşıb və "Srioko" gəmisi işıqlı atəş açmaq məcburiyyətində qalıb.
Qeyd edilir ki, İran İnqilabı Keşikçiləri Korpusunun qayıqlarının Amerika gəmiləri ilə yeni toqquşması ABŞ prezidenti Co Baydenin regiona səfəri və Səudiyyə Ərəbistanının yüksək rütbəli rəsmiləri ilə görüşü ərəfəsində baş verir. Bayden administrasiyası dövründə bir il davam edən İran nüvə məsələlərinin dirçəldilməsi üçün aparılan nüvə danışıqları da martın ortalarından dayandırılıb və Bayden administrasiyası Tehranın SEPAH-ı Dövlət Departamentinin xarici terror təşkilatları siyahısından çıxarmaq tələbi ilə hələ də razılaşmayıb.
Aydın