Xəbər lenti

Üçqat olimpiya çempionu boşandı (FOTOLAR)
Maqazin08:57 30.06.2023

Üçqat olimpiya çempionu boşandı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyalı sinxron üzgüçülük üzrə üçqat Olimpiya çempionu Alla Şişkina ərindən boşandığını açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Instagram"da yazıb.
"Vitya ilə mən boşandıq. Birlikdə çox şey keçdik, fərqli, gözəl və o qədər də çox deyil, amma bütün bunlar əvəzsiz təcrübədir. Baş verən heçı nədən utanmıram və arxaya baxmağa görə üzülmürəm. Keçmiş ərimə birlikdə yaşadığımız hər şeyə görə təşəkkür edirəm. Əminəm ki, hər birimizin qarşıda hələ çox yaxşı işləri var”, deyə deyə idmançı yazıb.
Şişkina 2017-ci ildə Viktor Kurennoyla ailə qurub.
33 yaşlı Şişkina London (2012), Rio-de-Janeyro (2016) və Tokio (2020) Olimpiya Oyunlarında qrup hərəkətlərində qızıl medal qazanıb. O, həmçinin 6 qat Avropa çempionu və 14 qat dünya çempionudur. Şişkina 2021-ci ildə karyerasını bitirib.
Aydın