Xəbər lenti

UEFA Azərbaycan klublarına vəsait ayırdı
İdman14:37 11.01.2022

UEFA Azərbaycan klublarına vəsait ayırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Azərbaycan klublarına maliyyə ayırıb.
 
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2020/21-ci il  mövsümünü əhatə edən  UEFA-nın "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməmiş klubların hesabına UEFA-dan ayrılmış əlavə maliyyə vəsaiti köçürülüb.
AFFA-nın vasitəçiliyi ilə həmin maliyyə vəsaiti aşağıdakı klubların hesabına köçürülüb.
"Neftçi” – 72 866 avro
"Səbail” – 72 866 avro
"Qəbələ” – 72 866 avro
"Zirə” – 72 866 avro
"Sumqayıt” – 72 866 avro
"Sabah” – 72 866 avro
"Keşlə” – 72 866 avro
"Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda  Futbolun İnkişaf Fondundan Klubun hesabına köçürüləcək.
Səbuhi Həsənov