Xəbər lenti

UEFA Çempionlar Liqası: Liqa mərhələsində III tura start verilir
İdman09:41 21.10.2025

UEFA Çempionlar Liqası: Liqa mərhələsində III tura start verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Çempionlar Liqasının Liqa mərhələsində bu gün III tura start veriləcək.
Qaynarinfo xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.
"Arsenal" evdə "Atletiko"nu, "Barselona" isə "Olimpiakos"u qəbul edəcək. "Qarabağ"ın rəqiblərindən "Napoli" səfərdə PSV-nin qonağı olacaq.
PSJ Almaniyada "Bayer 04"lə, "Mançester Siti" isə İspaniyada "Vilyarreal"la üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
III tur
21 oktyabr
20:45. "Barselona" (İspaniya) - "Olimpiakos" (Yunanıstan)
20:45. "Kayrat" (Qazaxıstan) - "Pafos" (Kipr)
23:00. "Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya)
23:00. "Bayer 04" (Almaniya) - PSJ (Fransa)
23:00. "Vilyarreal" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
23:00. PSV (Niderland) - "Napoli" (İtaliya)
23:00. "Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund, Almaniya)
23:00. "Yunion" (Belçika) - "İnter" (İtaliya)
23:00. "Nyukasl" (İngiltərə) - "Benfika" (Portuqaliya)