
UEFA "Qarabağ" klubuna daha 980 min avro vəsait ayırıb.
Qaynarinfo.Az xəbər verir ki, vəsait komandanın cari mövsümdə Avropa Liqasının qrup mərhələsindəki çıxışı zamanı əldə etdiyi nəticələrlə bağlı verilib. Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qrup mərhələsində 2 qələbə qazanıb və 1 dəfə meydanı sülhlə tərk edib. Digər 3 oyunda isə komanda məğlubiyyətlə üzləşib və qrupu 7 xalla III pillədə başa vurub.
Qaynarinfo.Az