Xəbər lenti

UEFA-dan "Qarabağ" - "Bayer" matçı ilə bağlı diqqətçəkən paylaşım (FOTO)
İdman18:30 06.03.2024

UEFA-dan "Qarabağ" - "Bayer" matçı ilə bağlı diqqətçəkən paylaşım (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Avropa Liqasının sosial şəbəkə hesabları "Qarabağ” - "Bayer” oyunu ilə bağlı paylaşım edib.
Qaynarinfo xəbər verir ki, paylaşımda bildirilib: 
"UEFA Avropa Liqasında ən yaxşı formada olan iki komanda  4-cü gün Bakıda görüşəcək”. 
Paylaşımda bu mövsüm ölkə çempionatında və Avropa Liqasında ümumilikdə son 5 matçda ən yaxşı nəticələr əldə edən komandalar yer alıb. Leverkuzen təmsilçisi 5 oyundan 5 qələbə ilə siyahının ilk pilləsində qərarlaşıb. "Qarabağ” 5 oyundan 4 qələbə və 1 məğlubiyyətlə 2-ci pillədə yer alıb.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Bayer” görüşü saat 21:45-də başlayacaq.