Xəbər lenti

UEFA millimizin rəqibinin xalını sildi
İdman16:28 23.07.2015

UEFA millimizin rəqibinin xalını sildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

UEFA "Avro-2016"nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Xorvatiya millisini cəzalandırıb.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində Splitdə keçirilən Xorvatiya – İtaliya oyununda (1:1) meydançanın qazonunda faşizm simvolu olan svastika çəkilməsi səbəb olub. Buna görə UEFA Xorvatiya millisinin bir xalını silib.  Cəzaya baxmayaraq, milli komanda 12 xalla H qrupunun lideri olaraq qalıb.

UEFA, həmçinin Xorvatiya Futbol Federasiyasını 100 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, Xorvatiya - İtaliya görüşü 1:1 hesabı ilə başa çatıb.