Xəbər lenti

UEFA-nın Azərbaycan futzal millisinə texniki məğlubiyyət verməsinin səbəbi müəyyənləşdi
İdman 19:39 23.01.2024

UEFA-nın Azərbaycan futzal millisinə texniki məğlubiyyət verməsinin səbəbi müəyyənləşdi

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin ötən il dekabrın 15-də futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun nəticəsini ləğv etməsinin və millimizə texniki məğlubiyyət (0:5) verməsinin səbəbi müəyyənləşib.

"Report”un əldə etdiyi məlumata görə, buna yığmamızın heyətində meydana çıxmaq icazəsi olmayan futzalçıdan istifadə edilməsi səbəb olub.

Qərarda komandamızın UEFA İntizam Qaydasını pozduğu qeyd olunsa da, konkret ad göstərilməyib. Amma söhbət həmin qarşılaşmada çıxış edən braziliyalılar Amadeu və ya Vileladan gedir.

Yığmamızın yer aldığı A qrupunda bu sanksiya daha əvvəl 2 dəfə Rumıniyaya tətbiq olunub. Belə ki, Niderland kollektivinin şikayəti əsasında analoji səbəbdən UEFA-nın adıçəkilən komitəsi Rumıniya – Niderland və Niderland – Rumıniya oyunlarının nəticəsini ləğv etmiş, hər iki oyunda Rumıniyaya texniki məğlubiyyət (0:5) vermişdi.

Qeyd edək ki, Azərbaycan - Rumıniya görüşü 5:5 hesabı ilə başa çatmışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->