Xəbər lenti

UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı
İdman06:46 14.10.2020

UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Açığı, detalları bilmirik, çünki siyasi təşkilat deyilik. Tam ümid edirik ki, məsələ sülh yolu ilə həll ediləcək".
Qaynarinfo xəbər verir ki, bu sözləri UEFA-nın prezidenti Aleksandr Çeferin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışarkən deyib.
Qurum rəhbəri prosesləri diqqətlə izlədiyini bildirib. Çeferin münaqişənin "AVRO-2020"nin təşkilinə hansı təsiri göstərəcəyini söyləməkdə çətinlik çəkib: "Nəzəri cəhətdən Avropa çempionatını 12 yox, 11 ölkədə, hətta 1 ölkədə keçirmək mümkündü. Biz hadisələrin inkişafını izləməliyik".
Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.