Xəbər lenti

UEFA "Qarabağ" və "Qəbələ"yə əlavə vəsait ayırdı
İdman12:37 27.10.2017

UEFA "Qarabağ" və "Qəbələ"yə əlavə vəsait ayırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA 2016/2017-ci il mövsümündə Avropa Liqası turnirində əldə olunmuş əlavə gəlirdən "Qarabağ" və "Qəbələ" klublarına vəsait ayırıb.
"Qaynarinfo" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu klublar müvafiq olaraq, 294 452 avro və 294 344 avro qazanıblar. Vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada "Qarabağ" və "Qəbələ" klubunun hesabına köçürülüb.
Qeyd edək ki, hər iki klub ötən mövsüm Avroliqanın qrup mərhələsində mübarizə aparıb. 
Qaynarinfo.Az