UEFA Konfrans Liqasının pley-off mrəhləsi çərçivəsində baş tutan "Marsel" - "Qarabağ" matçındakı erməni təxribatı ilə bağlı qərar çıxarıb.
Qaynarinfonun məlumatına görə Fransada keçirilən görüşdə baş verənlərə görə UEFA "Marsel"i ümumilikdə 44 250 avro cərimələyib. Qurum stadionda təxribatçı hərəkətlərə yol verən, qondarma əski parçasını nümayiş etdirən azarkeşlərə görə "Marsel"i 20 min avro cərimələyib. Bununla yanaşı klub tribunalarda ümumi istifadə üçün nəzərdə tutulan keçidlərin tutulması səbəbindən 14 min, fişəng yandırıldığına görə isə 10250 avro da ödəməli olacaq.
Fevralın 17-də keçirilmiş qarşılaşma "Marsel"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fevralın 24-də Bakıda təşkil olunmuş cavab oyununda isə "Qarabağ" 0:3 hesablı məğlubiyyətlə üzləşib.
Səbuhi Həsənov