Xəbər lenti

“Ürəyimi nişan al, ağrıdır axı…” – Ənvər Həsənov “ingilis doqunun yiyəsini” qonşudan soruşdumu?
Sənət15:53 06.09.2022

“Ürəyimi nişan al, ağrıdır axı…” – Ənvər Həsənov “ingilis doqunun yiyəsini” qonşudan soruşdumu?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Onu Cəlal kimi daha çox yaddaşında qoruyub tamaşaçı. "Yeddi oğul istərəm”in Gəray bəyin qızı Humaya aşiq olmuş Cəlalı kimi. Əslində digər obrazları da çox təbii, məharətlə ifa edib. "Uşaqlığın son gecəsi”ndə Muradı, "Müsyo Jordan və Dərviş Məstəli şah”da Şahbaz bəyi, "Atları yəhərləyin”də Siracı və başqalarını da. Cəlal isə digər rollarından dramatikliyi, çətinliklərə sinə gərən, hətta onun güllələnməsinə vəsilə olan sevgi notlarını və digər amilləri cəmləşdirdiyinə görə xüsusilə fərqlənir. Bu rolun başqa bir cazibəsi isə tamaşaçının nostalji hisslərini oyatmasındadır... 
...Mömünat xanım çoxdan - ilk dəfə hələ "Yedd oğul istərəm” filmində Cəlal obrazını canlandıranda Ənvərə aşiq olubmuş. Beləcə, şəxsi həyatının tamamlanmasında heç də Muradın, Cəlalın balaca uşaqlardan "ingilis doqunun yiyəsini” soruşmasına və ya "Kələntərin gülləsinə tuş olmasına” ehtiyac qalmır. Eləcə Şahbaz bəyin sevgisi ona kifayət edir ki, gözəl bir ailənin əsasları yaransın...
Ətraflı videomaterialda: