Xəbər lenti

UİD Azərbaycan tərəfindən səhər yeməyi proqramı təşkil olundu (FOTO)
Foto 16:09 03.02.2026

UİD Azərbaycan tərəfindən səhər yeməyi proqramı təşkil olundu (FOTO)

UİD Azərbaycan tərəfindən Bakı şəhərində səhər yeməyi proqramı təşkil edilib. Tədbirdə 150-yə yaxın müxtəlif sahələr üzrə fəaliyyət göstərən iş adamları, Türkiyədən Azərbaycana gəlib çalışan peşəkar şəxslər, media nümayəndələri və şəhid ailələri üzvləri iştirak ediblər. 

Proqramın əsas məqsədi UİD Azərbaycan`ın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat vermək, təşkilatın missiyasını və həyata keçirdiyi layihələri təqdim etməklə birliyi ictimaiyyətə daha yaxından tanıtmaq olub.

Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Birol Akgün, Şimali Kipr Türk Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turganer iştirak edib. Tərbirdə Türkiyədən qonaq qismində ``15 Temmuz Şehitler ve Gaziler Derneği``nın rəhbəri və nümayəndə heyəti iştirak ediblər. Tədbirdə 15 iyul və 20 yanvar şəhidlərinin əziz xatirəsi yad edilib.  Proqram UID Azərbaycan rəhbəri Cengiz Aygörün açılış nitqi ilə başlayıb.  O, çıxışında UID-nin əsas fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlıqlar və Azərbaycan–Türkiyə münasibətlərinin ictimai diplomatiya müstəvisində daha da gücləndirilməsinin vacibliyindən bəhs edib. Daha sonra "15 Temmuz Şehitler ve Gaziler Derneği"nin sədri İsmail Hakkı Turunçu, Şimali Kipr Türk Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turganer və Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Birol Akgün çıxış edib. 

Tədbir çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub və qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. 

--> -->