Dünya 11:47 07.07.2022

Ukrayna dünya xəritəsindən silinə bilər - ABŞ müdafiə nazirinin keçmiş müşaviri

Hərbi əməliyyatlar davam edərsə, Ukrayna dünya xəritəsindən silinə bilər.
 
Qaynarinfo xəbər verir ki, bunu Avstraliyanın Sky News telekanalının efirində ABŞ müdafiə nazirinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor deyib.

"Ukrayna artıq prinsipcə mövcud olmayan dövlətdir, o, dünya xəritəsindən tamamilə silinə bilər. Düşünürəm ki, atəşkəs olmalıdır", - Makqreqor bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri silahla təmin etmək əvəzinə, Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinə töhfə verməlidirlər.

Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, Qərb Kiyevi "son ukraynalıya qədər vuruşmağa” təhrik etmək niyyətindədir.
 
Alpər