Xəbər lenti

Ukrayna İran səfirini qovdu (SƏBƏB)
Dünya 23:52 23.09.2022

Ukrayna İran səfirini qovdu (SƏBƏB)

Ukrayna tərəfi Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükü ilə əlaqədar İranın Ukraynadakı səfirinin akkreditasiyasını ləğv etmək qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsüi Oleq Nikolenkonun səhifəsinə istinadən məlumat yayıb.

"Prezidentin göstərişinə əsasən, Ukrayna Xarici İşlər Nazirliyi İranın Ukrayna ərazisində müharibə aparmaq üçün Rusiyaya silah tədarük etməsinə cavab olaraq reaksiya tədbirləri görür”, deyə xəbərdə edilir.

Nikolenkonun sözlərinə görə, Ukrayna tərəfi İranın bu ölkədəki səfirinin akkreditasiyasını ləğv etmək, həmçinin İranın Kiyevdəki səfirliyində diplomatik işçilərin sayını əhəmiyyətli dərəcədə azaltmaq barədə qərar qəbul edib.

Xarici İşlər Nazirliyi bildirib ki, İran tərəfi Rusiya qoşunlarının Ukrayna əhalisinə qarşı istifadə etməsi üçün silahlarını Rusiyaya tədarükü barədə məlumatlandırılıb. Bu, İranın ali rəhbərliyinin açıq şəkildə bəyan etdiyi neytrallıq, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət mövqeyinə birbaşa ziddir.

"Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya silah tədarükü Ukrayna və İran arasında münasibətlərə ciddi zərbə vuran dost olmayan hərəkətdir", deyə nazirlik bildirib.

Xatırladaq ki, bu gün Ukrayna prezidenti Volodimir Zelenski Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kulebaya İranın Rusiyaya hərbi yardımına cavab verməyi tapşırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->