Xəbər lenti

Ukrayna ruslarla sülh bağlamaq istəyir, amma... - ABŞ rəsmisi açıqladı
Siyasət18:25 26.07.2022

Ukrayna ruslarla sülh bağlamaq istəyir, amma... - ABŞ rəsmisi açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Rusiyanın işğal etdiyi əraziləri yaxın 3-6 həftə ərzində geri qaytarmalıdır, sonra bu etmək daha çətin olacaq.
Qaynarinfo "Politico”ya istinadən xəbər verir ki, bu sözləri ABŞ Konqresinin Nümayəndələr palatasının Silahlı qüvvələr komitəsinin rəhbəri Adam Smit deyib. 
Kiyevə səfər edən və prezident Volodimir Zelenski ilə görüşən Adam Smitin sözlərinə görə, Ukrayna rəsmiləri ruslarla sülh razılaşması əldə etmək istəyirlər, lakin bundan əvvəl işğalçılardan torpaqları geri almağı düşünürlər. 
"Növbəti üç-altı həftə həlledicidir", deyən Smit, Zelenski və başqalarından eşitdiyi əsas mesajı çatdırıb.
Komitə sədri qeyd edib ki, bu dövr vacibdir, çünki daha soyuq temperatur və sərt şərtlərlə qış döyüşləri amansız tükəndirmə müharibəsinə qədər ləngidəcək.
Nizami Bağırov