Xəbər lenti

Ukrayna səfiri Azərbaycan xalqını təbrik etdi
Siyasət06:34 20.03.2022

Ukrayna səfiri Azərbaycan xalqını təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Baharın, dirçəlişin, firavanlığın, həyat və əmin-amanlığın rəmzi olan gözəl Novruz bayramı münasibətilə qardaş Azərbaycan xalqını təbrik edirəm!”.
APA-nın xəbərinə görə, Ukraynanın Azərbaycandakı səfiri səfiri Vladislav Kanevski bunu "Facebook”-da paylaşımında bildirib.
Rusiya və Türkiyənin müdafiə nazirləri telefonla Ukraynadakı vəziyyəti müzakirə ediblər
"Ukraynaya yaz əvəzinə müharibə gəlsə də, əziz azərbaycanlılar, əminəm ki, biz ailə rahatlığının, sizin kimi əsl dostlarla səmimi və şən görüşlərin xoşbəxtliyini yenidən hiss etmək üçün bu zülməti dəf edəcəyik!”,- deyə səfir qeyd edib.