Rusiya və Ukrayna arasında əsirlərin növbəti mübadiləsi baş tutub.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk məlumat verib.
"Rusiya əsirlərin mübadiləsi zamanı 12 mülki vətəndaşı və 33 hərbçini təhvil verib" - deyə İrina Vereşçuk bildirib.
Onun sözlərinə görə, qaytarılan hərbi əsirlərdən beşi yaralıdır.