Rusiyanın tammiqyaslı işğalı nəticəsində hər iki tərəfdən bir milyona yaxın insan həlak olub və ya yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ)
yazır.
Qeyd edilir ki, Rusiya və Ukrayna rəsmi məlumatları açıqlamaqdan imtina etdiyinə və ya "çoxlarının etibar etmədiyi rəqəmləri" açıqladıqlarına görə ölən və yaralananların dəqiq sayını müəyyən etmək çətin olub.
Bu ilin əvvəlində Ukraynanın konfedensial hesablamalarına görə, həlak olan ukraynalı hərbçilərin sayı 80.000, yaralıların isə 400.000-dir.
Qərb kəşfiyyatının Rusiya itkiləri ilə bağlı təxminləri dəyişir: bəzi mənbələrə görə, ölənlərin sayı təxminən 200 minə, yaralıların sayı isə 400 minə çatır.
Bundan əlavə, demoqraflar hesab edirlər ki, Rusiyanın işğalı Ukraynanın işğal altında qalan və ya ölkədən qaçan ən azı 10 milyon insanı itirməsi ilə nəticələnib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 2022-ci ilin fevralında müharibə başlayandan bəri altı milyondan çox insan Ukraynanı tərk edib və Rusiya yeni ərazilər ələ keçirib, nəticədə Ukraynanın nəzarətində olan ərazilərdə əhalinin ümumi sayını 25-27 milyon nəfərə enib.
Fevral ayında Ukrayna prezidenti Volodimir Zelenski müharibədə 31 minə yaxın Ukrayna hərbçisinin həlak olduğunu bildirsə də, bir neçə keçmiş siyasi və təhlükəsizlik rəsmisi bu rəqəmi "aşağı qiymətləndirilmiş” adlandırıb və bu cür bəyanatların əsasən ictimaiyyəti sakitləşdirmək və səfərbərliyin davam etdirilməsinə kömək etmək məqsədi daşıdığını izah edib.
WSJ onu da qeyd edir ki, Ukraynanın 18-25 yaş arası kişiləri hərbi xidmətə çağırmaqdan imtina etməsinin əsas səbəblərindən biri bu insanların əksəriyyətinin hələ uşaq sahibi olmamasıdır. Ukraynalı demoqraflar deyirlər ki, bu yaş qrupunda olan çağırışçılar ölsələr və ya fəaliyyət qabiliyyətlərini itirsələr, gələcək demoqrafik perspektivlər daha da pisləşəcək.
Bu səbəbdən Ukrayna Qərb tərəfdaşlarının döyüşə daha çox adam cəlb etmək çağırışlarına qarşı çıxıb və yalnız qismən səfərbərlik elan edib. Rəsmilərin və hərbçilərin məlumatına görə, hazırda ukraynalı döyüşçülərin orta yaşı 43-ü ötür.
Bununla belə, mülki vətəndaşlar arasında itkilərin sayı hələ də məlum deyil.
Nizami Bağırov
Şərhlər