Dünya 13:42 29.06.2022

Ukraynada 50 hərbçinin ölümünə səbəb olan rus agenti həbs edildi

Rusiyanın Ukrayna hərbi infrastrukturuna raket zərbələri endirməsinə kömək etmiş keçmiş Rusiya agenti həbs edilib.
 
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın təhlükəsizlik xidməti bildirib.
 
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və yerli prokurorların məlumatına görə, şübhəli Yavoriv hərbi təlim mərkəzindəki hədəflərin yerlərini Teleqram vasitəsilə Rusiyalı kontaktlarına göndərib. "Yavoriv təlim poliqonuna raket zərbələri nəticəsində 50-dən çox hərbçi həlak olub, 150-yə yaxını isə yaralanıb", - SBU Teleqram-da bildirib.

Raket zərbəsindən sonra Ukrayna açıqlayıb ki, Polşa sərhədindən 25 km aralıda yerləşən obyektdə 35 hərbçi həlak olub. Prokurorluğun məlumatına görə, Lvov şəhərində doğulmuş şübhəli şəxs həbsdə saxlanılır və dövlətə xəyanətdə ittiham edilir.

Nurlan Hüseynov