Ukraynada təhsil alan azərbaycanlı tələbə Rusiyanın dron hücumu nəticəsində xəsarət alıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Ukraynada dənizçilik ixtisası üzrə təhsil alan azərbaycanlı tələbə Əli Mehdiyev Rusiyanın dron hücumu nəticəsində ağır yaralanıb.
Bədəninin 70 faizi yanan Əli Mehdiyev hazırda komadadır.
Qeyd edək ki, Əli Mehdiyev Bakı şəhəri 220 nömrəli məktəbin məzunu olub. O, məktəbi bitirdikdən sonra Ukraynaya dənizçilik ixtisası üzrə təhsil almağa yollanıb.
Şərhlər