Dünya 15:26 21.05.2022

Ukraynada Gerasimov daxil olmaqla 6 rus əsgərinin cəsədi qəbirdən çıxarıldı

Xarkov vilayətinin Zoloçevski rayonunda polis əməkdaşları 6 rus hərbçisinin cəsədini beynəlxalq prosedurlara uyğun olaraq təhvil vermələri üçün eksqumasiya edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Xarkov vilayəti üzrə Milli Polis Baş İdarəsinin rəis müavini - İstintaq İdarəsinin rəisi Sergey Bolvinov açıqlamasında deyib.

"Zoloçiv rayonunda rus əsgərləri dəfn edilibmiş. Bizə məlumat daxil oldu ki, müxtəlif küçələrdə əldəqayırma xaçlardan başqa heç bir işarəsi olmayan qəbirlər tapılıb. Biz bu qəbirləri qazmalı olduq ki, onları beynəlxalq prosedurlara uyğun müəyyən edib köçürək.

Ruslar ölülərini götürməkdə maraqlı deyillər. Ümumilikdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi geyimində 6 meyit tapılıb, onlardan biri polkovnik-leytenant V.S.Gerasimovdur.

Bolvinov deyib ki, rusları dəfn edən də yerli sakinlər olub və bunun "pravoslavlığa görə" olduğunu söyləyib.

Xatırladaq ki, martın 7-də Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi ukraynalı müdafiəçilərin Xarkov yaxınlığında rusiyalı general-mayor Vitali Gerasimovu məhv etdiyini açıqlamışdı. Düzdür, onun ata adının Petrov olduğu iddia edilir.

Bu adla daha çox tanınan Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovdur. Atasının adı Vasilidir.

Alpər