Xəbər lenti

“Ukraynadakı durum ciddi narahatlıq yaradır" - Ceyhun Bayramov
Siyasət10:45 05.03.2022

“Ukraynadakı durum ciddi narahatlıq yaradır" - Ceyhun Bayramov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ukraynadakı durum ciddi narahatlıq yaradır. İtkilərin sayı durmadan artır. Azərbaycan və Türkiyə burada çox məsuliyyətli mövqe sərgiləyir”.
"Report”un xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Məsələnin dialoq və sülh yolu ilə həlli istiqamətindəki çağırışlar da buna nümunədir. Biz ümid edirik ki, tərəflər arasındakı danışıqların davam etdirilməsi vacibdir”, - nazir vurğulayıb.