
“Güclü orduya, kifayət qədər resursa, inkişaf etmiş dövlət sisteminə malik Azərbaycan öz ərazisi olan Dağlıq Qarabağı heç cürə azad edə bilmir. Artıq müharibəyə başlamaq vaxtıdır. Nə vaxta qədər nağıllar danışmaq olar?”
Avropa.info xəbər verir ki, bu bəyanatla Ukrayna Milli Mühafizəkar Partiyasının sədri Oleq Soskin belə deyib.
Qeyd edək ki, Oleq Soskin Ukraynanın erməni əleyhdarlığı ilə tanına siyasi simalarından biridir. 2009-cu ildə o açıq şəkildə bəyan edirdi ki, ölkəni “Timoşenko-Qriqyan” klanı idarə edir. Partiya sədri ermənilərin indi də Ukraynada hakimiyyətdə olduğunu qeyd edir. O, Ukrayna DİN-ə başçılıq edən Bakı ermənisi, Arsen Avakovu nəzərdə tutur.
Qaynar.info