
"Kiyev Dağlıq Qarabağ münaqişəsində nə Azərbaycana, nə də Ermənistana hərbi yardım göstərəcək”.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov Twitter-də yazıb.
"Ancaq bütün ölkə çox xəyal quran deputatlar üçün tibbi yardım - həblər axtarmalıdır", - Avakov guya zarafat edib.
Beləliklə, o, "Xalqın xidmətçisi” partiyasından Rada millət vəkili Lüdmila Marçenkonun "Əgər zərurət yaranarsa, Ukrayna Azərbaycana hərbi yardım göstərməlidir” sözlərinə münasibət bildirib.
Qeyd edək ki, bir gün əvvəl Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Kiyevin Azərbaycanın ərazi bütövlüyü prinsipinə riayət edərək hərbi münaqişənin həll olunmasını istədiyini bildirib.
Alpər