İdman 08:58 08.06.2022

Ulduz futbolçu məşhur modellə evlənir (FOTOLAR)

"Real Madrid"in qapıçısı Tibo Kurtua evlilik yolunda ilk addımını atıb.

Qaynarinfo xəbər verir ki, Çempionlar Liqasındakı qələbəsini israilli model segilisi Mişel Herziqlə qeyd edən belçikalı qolkiper ona yaxtada evlilik təklifi edib. Qapıçı "hə" cavabını alıb.

Tibo özəl günündən görüntüləri sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, cütlük 2021-ci ilin əvvəlindən münasibətdədir. Kurtuanın ilk evliliyindən iki övladı var.