"Qalatasaray"ın Fil Dişi Sahilindən olan müdafiəçisi Vilfrid Sinqo bir ay oynaya bilməyəcək.
Qaynarifno "TRT Spor"a istinadən xəbər verir ki, buna səbəb 24 yaşlı futbolçunun "Beşiktaş"la keçirilən derbi qarşılaşmasında zədələnməsi olub.
Müayinələr nəticəsində onun sol arxa əzələsində orta dərəcəli dartılma və qanaxma müəyyən edilib. Klubun tibbi heyəti Sinqonun müalicəsinə başlayıb. Müdafiəçinin təxminən bir ay meydanlardan uzaq qalacağı bildirilir. Bu müddət ərzində o, Fil Dişi Sahilinin Seyşel adaları və Keniya ilə keçirəcəyi milli oyunlarda iştirak etməyəcək. Sinqo həmçinin "Qalatasaray"ın Super Liqada "Başakşəhər" və Çempionlar Liqasında "Bodo Qlimt" ilə qarşılaşmalarını da buraxacaq. Məlumata görə, futbolçunun "Göztepe" və "Trabzonspor" görüşlərində də meydana çıxma ehtimalı azdır.
Tibbi heyət 24 yaşlı oyunçunu 5 noyabrda keçiriləcək "Ayaks" matçına qədər sağaltmaq üçün səylə çalışır.
Qeyd edək ki, "Qalatasaray" Sinqonu bu yay "Monako"dan 30 milyon avroya alıb.
Aydın
Şərhlər