Xəbər lenti

Ölkə 17:17 30.09.2025

"Ultra" kluba ov bıçağı ilə getdi, dava düşdü - Məhkəmə qərarı

Səbail rayon, Nizami küçəsində yerləşən "Ultra" kluba ov bıçağı ilə daxil olan şəxs cəzalandırılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1993-cü ildə Bakı şəhərində anadan olmuş Afıq Cəfərov (şərti) Sabunçu rayonunda "bit bazarı"ndan 15 manata aldığı ov bıçağını üzərində saxlayaraq dostları ilə birgə "Ultra" kluba yeyib-içməyə gedib. 

İki dostu ilə birgə yeyib-içdikdən sonra hesabı istəyib. Lakin ofsiantın gətirdiyi hesab gözlədiklərindən çox olduğu üçün klub rəhbərliyinə etirazlarını bildiriblər. Bu səbəbdən də dostlarla klubun mühafizəçisi və ofsiantı arasında mübahisə yaranıb. 

Afiq Cəfərov dostları ilə birgə polis bölməsinə aparılıb. Təqsirləndirilən şəxsin üzərindən ov bıçağı çıxdığı üçün barəsində Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi açılıb və işə məhkəmədə baxılıb. 

Məhkəmənin hökmü ilə o, həbsdə saxlanıldığı 2 gün müddət çıxılmaqla 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Həmin şəxs cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->