Xəbər lenti

Ekonomiks 16:20 29.07.2024

"Ultra Technologies" 157 minlik tender qazandı

Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialı "Ultra Technologies" şirkəti ilə satınalma müqaviləsi bağlayıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkət Universitetin İnformasiya Kommunikasiya Texmologiyaları (İKT) avadanlıqlarının və ləvazimatlarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 

Müqavilədən aydın olur ki, şirkətdən 156 770,08 manatlıq avadanlıq və ləvazimat alınacaq. 

Bu tenderin diqqətimizi çəkməyin səbəbi "Ultra Technologies" şirkətinin əsl sahibinin kimliyi ilə bağlı iddialardır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Ultra Technologies" MMC 11 aprel 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur. 

O, eyni zamanda MSM MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 2 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin hüquqi ünvanı Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 38, mənzil 25-də yerləşir. 

Məhəmməd Zülfüqarlı hər iki şirkətin rəhbəri olsa da, sahibi deyil. Bu şirkətlərin sahibi kimi deputat Tahir Mirkişilinin adı çəkilir. 

Tahir Mirkişilinin tərcümeyi halında onun 2000-2011-ci illərdə "Ultra Computers" MMC-də mühəndis, daha sonra direktor vəzifələrində işlədiyi göstərilir.

Araşdırmalarımız zamanı məlum olub ki, "Ultra Technologies" MMC 2016-cı ilə qədər "Ultra Computers" MMC adı altında fəaliyyət göstərib. 

MSM MMC-yə gəlincə, bu şirkət SMS satışını həyata keçirir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->