Xəbər lenti

UNEC-in Dərbənd filialının məzunları diplomsuz qalıb - Universitetdən açıqlama
Ölkə 15:53 05.02.2026

UNEC-in Dərbənd filialının məzunları diplomsuz qalıb - Universitetdən açıqlama

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2024–2025-ci tədris ili üzrə məzunları diplomlarını ala bilmir. 

Bu barədə Qaynarinfo-ya bir qrup məzun bildirib. Onların sözlərinə görə, dəfələrlə Elm və Təhsil Nazirliyinə müraciət etsələr də, nəticəsi olmayıb. Nazirlik onları UNEC-ə yönləndirib. 

"Universitetdən isə bizə deyirlər ki, sənədlər Elm və Təhsil Nazirliyinə göndərilib. Qalmışıq universitetlə nazirlik arasında", deyə məzunlar bildirib. 

Onlar əlavə edib ki, diplomları olmadığına görə işə düzələ bilmirlər. 

Qaynarinfo məsələ ilə bağlı UNEC-lə əlaqə saxlayıb. Universitetdən saytımıza bildirilib ki, məzunların sənədləri Elm Təhsil Nazirliyinə göndərilib. 

"Sənədlər araşdırıldıqdan və təsdiq olunandan sonra diplomlar veriləcək", deyə universitet rəsmisi qeyd edib. 

Seyid
--> -->