Xəbər lenti

Unibank “Moodys”-dən imtina etdi - "Reytinqə ehtiyac yoxdur"
Ekonomiks06:35 07.02.2017

Unibank “Moodys”-dən imtina etdi - "Reytinqə ehtiyac yoxdur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Kifayət qədər böyük məbləğ ödəyirdik"

Unibank Kommersiya Bankı ASC Moodys  İnvestorlar Xidməti (Moodys Investors Service)  ilə əməkdaşlığı dayandırıb.

Bankdan yayılan məlumatda bildirilir ki, kredit reytinqi xarici bazarlardan vəsaitlərin cəlbi zamanı tələb olunur. Bu gün daxili bazardan, xarici bazarlar ilə müqayisədə daha ucuz və kifayət qədər vəsait cəlb etmək mümkün olduğundan bahalı reytinqin saxlanılmasına ehtiyac yoxdur. Bu səbəbdən də  Moodys ilə əməkdaşlıq dayandırılmışdır:

“Əgər xarici bazarlardan vəsaitlərin cəlbi gündəmdə olarsa, biz yenidən əməkdaşlığı nəzərdə keçirəcəyik. Reytinq üçün “Moodys”a kifayət qədər böyük məbləğdə vəsait ödənilirdi.  Həm, reytinqə ehtiyacın olmadığını, həm də xərclərin optimallaşdırılmasını nəzərə alaraq agentlik ilə əməkdaşlığı dayandırmışıq”.

Qeyd edək ki, bu gün  Moodys  İnvestorlar Xidməti (Moodys Investors Service)  Azərbaycanın UniBank Kommersiya Bankının reytinqlərini Bankın müraciəti ilə reytinqi geri götürmüşdür.

Qaynarinfo.Az