Xəbər lenti

Universitetin 75 əməkdaşı rüşvətxorluğa görə həbs edildi
Ölkə09:41 31.05.2016

Universitetin 75 əməkdaşı rüşvətxorluğa görə həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həbs edilənlər cəmiyyətə 3 milyon türk lirəsi maddi ziyan vurmaqda şübhəli bilinirlər

Türkiyənin Akdəniz Universitetində keçirilən antikorrupsiya əməliyyatı nəticəsində ali təhsil müəssisəsinin 75 əməkdaşı həbs edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, tutulanlardan 20-si qadındır.

Universitetdə 2013-cü ildə rüşvətxorluğa görə cinayət işi başlanıb. Həbs edilənlər cəmiyyətə 3 milyon türk lirəsi (1,5 milyon manat) maddi ziyan vurmaqda şübhəli bilinirlər.

Akdəniz Universitetinin rektorluğu həbsləri təsdiləyən açıqlama yayıb: "Mayın 31-də Antalya Təhlükəsizlik İdarəsi bəzi əməkdaşlarımızın yaşadıqları evlərdə axtarış aparıb. Onları ifadələrini almaq üçün Təhlükəsizlik İdarəsinə aparıblar. Rektorluğumuz məsələni yaxından izləyir". 

Qaynarinfo.az