Xəbər lenti

Universitetlərin girişində "pasport sıxlığı": Problemi necə həll etmək olar?
Ölkə09:07 29.09.2021

Universitetlərin girişində "pasport sıxlığı": Problemi necə həll etmək olar?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bundan sonra hər gün ali təhsil müəssisələrinin qarşında izdiham yaşanacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov COVID pasportunun yoxlanılması ilə bağlı ali təhsil müəssisələrinin qarşısında yaranan sıxlıqdan danışarkən deyib. Onun sözlərinə görə, ali təhsil müəssisələrinin bu qədər tələbənin COVID pasportunu yoxlamaq üçün yetərincə avadanlığı yoxdur:
"Təəssüf ki, təhsil müəssisələrində tələbələrin hər gün COVID pasportunun olub-olmamasını yoxlamaq sıxlıq yaradacaq. Bəzi ali təhsil müəssisələri prosesi öz axarına buraxıb və hansısa qabaqlayıcı tədbirlər görməyib. Problemi dünya təcrübəsinə istinadən həll etmək lazım idi. Təklif etmişdik ki, bunun üçün xüsusi proqram təminatlı avadanlıqlar quraşdırılmalıdır. Problem təkcə 29 sentyabrla yekunlaşmayacaq. Nəzərə alaq ki, COVID pasportları hər gün yoxlanılmalıdır. Təklif etmişdik ki, təhsil müəssisələrinə giriş bir neçə qapıdan tənzimlənsin. Bundan əlavə fakültə və ixtisaslar üzrə fərqli girişlərdən daxil olsunlar”.
Kamran Əsədov əlavə edib ki, tələbələrin ali məktəblərə bir girişdən daxil olması ən ciddi yalnışlıqdır:
"Bundan əlavə təhsil müəssisələrində dərs saatlarını fakültələr üzrə başlamaq lazım idi. Üçüncüsü və ən vacib addım ali təhsil müəssisələrinin girişində uzaqdan "üz tanıma” proqramının tətbiqi olmalıdır. Eyni zamanda həmin proqrama uzaqdan temperatur ölçən cihaz da quraşdırılmalıdır. Bir dəfə tələbəni yoxlayandan sonra onun üzü proqrama düşəcək və proqram həmin tələbənin ali məktəb binasına daxail olmasına yaşıl işıq yandıracaq”.
Kamran Əsədov hesab edir ki, ali təhsil müəssisələri girişdə bu avadanlıqlar quraşdırılsa, hər hansı problem olmayacaq:
"İndiki halda bu proses tələbələrin dərs saatlarına gecikməsinə gətirib çıxardacaq”.
Bahar Rüstəmli