Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa Komissiyasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Ursula Fon der Lyayeni Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, ölkəmizin Belçikadakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər yola salıblar.
14.54
Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen Azərbaycana səfərə gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri tviterdə yazıb.
"Aİ daha etibarlı enerji təchizatçılarına müraciət edir. Bu gün mən Azərbaycanda yeni saziş imzalamaq üçün gəlmişəm. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan tədarük təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş olacaq”, - o bildirib.